BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İsti günlərdə uşaqları necə geyindirməliyik? – HƏKİM RƏYİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Uşaqları günəş şüalarına çıxararkən gün papaqları geydirmək lazımdır. Və papaq seçimlərinə də diqqət edilməlidir”.

İstixeber.info xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında pediatr Günay Rəsulova bildirib.

G.Rəsulovanın sözlərinə görə, yayda geyim seçərkən birinci parçanın tərkibinə fikir vermək vacibdir:

REKLAM

“Pambıq geyimlərə üstünlük verilsə daha yaxşı olar. Bu parçalar həm uşağın dəri tənəffüsünü pozmur həm də allergik təsir yaratmır. Yayda çox isti geyim seçmək də düzgün deyil. Qalın geyimlər uşağın tez tərləməsinə və dəridə səpgilərin əmələ gəlməsinə gətirib çıxarır. Mümkün qədər pambıq və kətan parçalara önəm verilməlidir. Sintetik geyimlər uşaq orqanizminə hər tərəfli ziyandır. Bundan başqa uşaqları günəş şüalarına çıxararkən gün papaqları geydirmək lazımdır. Və papaq seçimlərinə də diqqət edilməlidir. Məsləhətdir ki, kepka tipli papaqlara müraciət edilsin”.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26