Ç. Dek 11th, 2019

Sevinc və göz yaşı ilə dolu Xudat-Nabran yolu FOTO+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xudat-Nabran yolu ilk dəfədir ki, əsaslı formada təmir olunur.

İstixeber.info saytı olaraq neçə dəfələrlə bu yolun təmir olunması üçün materiallar hazırlamışdıq. Hələ o vaxt AAY-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli 2019-cu ildə bu yolun əsaslı təmir olunacağını demişdi. Artıq yol təmir edilib və yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun birbaşa göstərişi ilə reallaşan işlər dediyimiz kimi yekunlaşmaq üzrədir. Verilən məlumata görə, eni 8 metr, uzunluğu 25 km olan Nabran yolunda işləri sona çatır. Bu yolun yenilənməsi hamının ürəyincədir. Əsasəndə yay aylarında Nabrana dincəlməyə gələn turistlərin.

REKLAM

Atalarımızın bir məsəli var “Yol mədəniyyətdir, yol inkişafdır” Amma əfsuslar olsun ki, hər il bu yolda neçə-neçə ailə bəzi mədəniyyətsiz sürücülərin ucbatından gözü yaşlı qalır. Niyə? Statistik məlumatlara baxanda açıq-aydın görmək olur ki, bu yolda baş verən qəzalarda onlarla insan dünyasını dəyişir. Xudat-Nabran yolunun yenidən tam formada çəkilib istifadəyə verilməsi bu məsələni bir az da ciddiləşdirir.

Xaçmaz İcra hakimiyyəti başçısının Nabran İƏD-üzrə nümayəndəsi Nəzakət İskəndərova deyir ki, yay aylarında , hələ yolun təmirsiz olduğu vaxtında sürücülər bu yolda nəqliyyat vasitələrini yüksək sürətlə idarə edirdilər. Yolun hal-hazırda təmirli olması isə sürət həddinin bir az da yüksəlməsinə və bir çox hallarda qəzaların qaçılmaz olduğundan xəbər verir. Bizdə Nabran İƏV-yi və Bələdiyyə olaraq yaxın günlərdə aidiyyatı qrumlara müraciət edəcəyik ki, bu yolda xüsusi avadanlıqlar quraşdırılsın ki, nəqliyyat vasitələrinin sürətinə nəzarət edilə bilinsin.

Bəs yeni çəkilən yolda sürət həddinin stabil qalması üçün hansı tədbirlər görmək lazımdır?

Ekspert Kənan Dalğa: İlk öncə onu demək olar ki, tez bir zamanda yolda qısa məsafələrə sürət həddini ölçən texniki vasitələr və müşahidə kameraları quraşdırılmalı, yol ayrıcıları işiqforlarla təmin edilməli, yolların nişanlanması isə tam və aydın formada olmalıdır. Nəzərinizə onu da çatdırım ki, Nabran yolunda işiqlandırma olmadığından yola çəkilmiş xətlərə xüsusi qatqılar əlavə etmək lazımdır ki, sürücülər gecə vaxtı xətləri aydın seçə bilsinlər.

Bildiyiniz kimi bu yolda nəqliyyat vasitələrinin sıxlıqı əsasən yay aylarında müşahidə olunur. Məhz buna görə də, YPX əməkdaşları yay aylarında yollarda daha çox xidmət aparsalar sürücülər də sürət həddinə bir o qədər çox riayət edərlər. Düzdü yay aylarında YPX əməkdaşları bu yollarda tez-tez reydlər təşkil edir. Amma nə fayda. Ailəsini, yol kənarında yaşayan əhalini, digər sürücülərin həyatını düşünməyən bəzi sürücülər əfsuslar olsun ki, yay aylarında bu yollarda daha çox rast gəlinir.
Amma inanırıq ki, bu il dediyimiz məsələlər bu yolda həllini tapacaq və Xudat-Nabran yolundan qəza xəbəri almayacayıq.

Yeni çəkilən yolda bütün sürücülərə yol rahatlıqı arzulayırıq.

İstixeber.info Nabran 14.05.2019
Rəşad Orucoğlu Ağaşirinov