BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda azyaşlı qıza qarşı ƏXLAQSIZLIQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakıda yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən Cavid Əhmədov Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

İstixeber.info “ölkə.az”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə hazırlıq iclası may ayının 14-də hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

REKLAM

Qeyd edək ki, Cavid Əhmədov paytaxtın Xətai rayonunda 14 yaşına çatmayan Sevda Məmmədovaya (ad və soyad şərti verilib – red.) əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinir.

Cavid Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat göndərilib.

Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

İstintaq orqanı tərəfindən Cavid Əhmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26