BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DTX-nin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

İstixeber.info AZƏRTAC-a istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoydular, əziz xatirəsinə ehtiramlarını bildirdilər.

REKLAM

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.

Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin aparılmasında, milli kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq, müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir. Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Xalqımız qətiyyətlə əmindir ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

DTX-nin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)DTX-nin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)DTX-nin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)DTX-nin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26