BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

AVTOMOBİL QAÇIRAN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qaxda avtomobil qaçıran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qax şəhər sakini İlham Qasımov DİN-in “ 102” Zəng Mərkəzi xidməti ilə əlaqə saxlayaraq mayın 4-dən 5-nə keçən gecə ona məxsus “ VAZ 2106” markalı avtomobilin evinin qarşısından qaçırılması barədə məlumat verib. Məlumat aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Qasımova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Qax şəhər sakini bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...