BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatı ”Heydər Əliyev 96” devizi altında Şahmat turniri keçirdi – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi münasibəti ilə silsilə tədbirlər davam edir.

İstixeber.info xəbər verir ki, Heydər Əliyevin 96 illik yubileyi münasibəti ilə ümumşəhər məktəblilər arasında Şahmat turnirinə yekun vurulmuşdur. Ənənəvi olaraq artıq neçə ildir ki, YAP Yevlax şəhər təşkilatı bu çempionatı təşkil edir. Yarışda Yevlax şəhər məktəbliləri öz bilik və bacarıqlarını sınayırlar. Şahmat çempionatda iki yaş qrupunda 94 nəfərdən artıq məktəbli öz qüvvəsini sınamışdır. Yarış İsveç sistemi ilə keçirilib. Yarışların keçirilməsində əsas məqsəd gənc nəsli Ulu öndər Heydər Əliyev ideaları ruhunda, onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, onun dövlətçilik, azərbaycançılıq irsini, öyrənmək, öyrətmək, təbliğ etmək, bu idealardan faydalanmaq, həyatımızdan istifadə etməkdir.

Tədbirdə YAP Yevlax şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti onun idmana qayğısı haqqında geniş nitq söylədi. Natiq Ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirilməsini, Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusi ilə nəzərə çatdırdı.

Sonra Yevlax şəhər Gənclər İdman idarəsinin rəisi Bünyamin Musayev yarış iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu var. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirlər, xüsusi olaraq, məktəblilər arasında bu kimi tədbirlərin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinə bir töhvədir.

Yekunda qaliblər YAP Yevlax şəhər təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olundular.

Sənan Şəmkirli Yevlax 2019-cu il

İstixeber.info

loading...