
Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib.
Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, nazirliyin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad ediib, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
More Stories
Ərinin yası günü başqa kişi ilə tutulan Nərminə danışdı – “Qardaşımın qayınatasıdır…” (VİDEO)
Könül Məmmədzadə – “Övladlarımın həyatından nigaranam…”
“EuroHome” də yanğın söndürüldü – RƏSMİ