C. Dek 13th, 2019

Nazlı Çələbi – “Hippiokrata and içmişəm”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Müalicəyə gəlməyən oğlana həsr olunub.
Hippokrata and içmişəm.
( satirik şeir)

Dərmanı əlimdə gəzən oğlan
Niyə belini əyib gəzirsən?
Kim qoymadı müayinəyə gələsən?
Dərdinə dərman edəsən?

Dedin, gözlə gedəcəyəm.
Mrt – dən keçəcəyəm.
Cavabları alan kimi
Qaça – qaca gələcəyəm.

Dedim, nə qədər gözləyim?
Gözləməydən yorulmuşam.

Əlimdəki dərmanları
Başqasına yollamışam.

Dedin nə tez yorulmusan?
Bəs deyirdin vurulmusan?
Əlindəki dərmanları
Başqasına yollamısan?

Sən gəlincə başqaları,
Gəlib dərman istədilər
Hippokrata and icmişəm
Dərmanları verməliyəm.
İndi sən də get gəz dolan
Ay belini əyən oğlan.

Nazli Çələbi. 27.04. 2019. 21:52

İstixeber.info