BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

GƏDƏBƏY SAKİNİNDƏ SİLAH AŞKARLANIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli üzərində uzaq məsafə görəmə cihazı olan (5 atılan) silah aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...