BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Masazırda komendant 3 nəfəri niyə güllələdi? – RÜŞVƏT DAVASI – ŞOK TƏFƏRRÜAT – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

İstixeber.info xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, “Yeni Bakı” yaşayış kompleksinin Ehtiram adlı komendantının törətdiyi cinayətin səbəbi puldur.

Belə ki, Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Adıçəkilən şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Ehtiram onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi maklerlərə verməkdən imtina edib və faizini tələb edib. Razılaşma əldə edə bilməyən Ehtiram silahını götürüb Mazasıra maklerlırun ofisinə gəlib və onları orada güllələyib.

Bildirilir ki, Ehtiram “3 fəsil” tikinti şirkətinin sahibi Elnur Hüseynovun dayısıdır. Ehtiram “Yeni Bakı”ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

Əldə etdiyimiz məlumata görə, Ehtiramın Ruhiyyə adlı ikinci arvadı yaşayış kompleksindən ev satan maklerlərdən əlavə faiz təlıb edirmiş. Şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.

Adıçəkilən yaşayış kompleksindən ev satan maklerlərin hamısı Ehtiram və Ruhiyyəyə 1500 manat pul ödəməliymiş.

O da bildirilir ki, “İlin dörd fəsli” şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə “kupça” verməyi də müxtəlif bəhanələrlə uzatdığı iddia edilir.

Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur 3 korona” yaşayış kompleksinin də sahibidir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26