BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DYP qaydaları pozsa da, rəsmi cavabda pozmadığı deyildi. – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daha əvvəl saytımızda 99 YP 374 dövlət qeydiyyat nişanlı xidməti avtomobil idarə edən DYP əməkdaşının 13.04.2019 tarixində Babək prospektində 90 saniyə ərzində 3 dəfə kobud qayda pozduğu haqqında məqalə dərc olunmuşdu və sübut kimi videogörüntünü də əlavə olunmuşdu. Vətəndaşlardan biri həmin görüntü əsasında DYP rəhbərliyinə müraciət edib əməkdaş haqqında qanunamüvafiq tədbir görülməsini xahiş edib. Amma vətəndaşa göndərilən rəsmi cavab doğurdan da oxuyanları təəccübləndirməyə bilməz. Belə ki, Bakı şəhəri Baş Polis idarəsinin rəsmisi C.Hüseynov göndərdiyi cavab məktubunda bildirib ki, “Patrul avtomobilinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun tələbinin pozulması halları aşkar edilməmişdir”. Görəsən C.Hüseynov videogörüntüyə dəqiq baxıbmı? Baxıbsa əməkdaşın qaydaları pozduğunu açıq-aşkar görərdi. Yaxud videoya baxıb,amma öz həmkarının əməllərini görməməzlikdən gəlmə halları ola bilərmi?

Videogörüntünü və göndərilmiş cavab məktubunu təqdim edirik:

İstixeber.info

loading...