BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın – Qədim Çin məşqi – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu məşq qədim Çin Daos təbabətinin texnikalarına aiddir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu texnika bizim eramızdan əvvəl V əsrdə yaranıb.

Lakin indi də ondan tez-tez istifadə olunur.

Bu məşq dizlərin üzərində “gəzməkdən” ibarətdir. Yerə yumşaq xalça və ya pled salın və dizlərinizin üzərində ehtiyatla “gəzin”. Məşqi 1-2 dəqiqədən başlayıb, 5 dəqiqəyə çatdırın. Məşq zamanı heç bir ağrı və narahatçılıq olmamalıdır.

Məşqin faydaları:

– dizlərin sağlamlığına müsbət təsir edir – qan dövranını yaxşılaşdırır, ağrıları və iltihabı azaldır, diz oynaqlarının elastikliyini artırır

– onurğa sütununa düşən gərginliyi azaldır, bel ağrıları zamanı yardım edir

– omba və sağrı əzələlərini möhkəmləndirir, bu nahiyələrdə arıqlamağa kömək edir (qadınlar üçün xüsusilə aktualdır!)

– bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır

– böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Bəzi xəstəlik və pozulmalar zamanı bu məşqi icara etmək olmaz – artrit, artroz, diz travması, dizdə yara./milli.az

Hər gün 5 dəqiqə sərf edin və həyatınızı bir neçə il uzadın. Qədim Çin məşqi

İstixeber.info

loading...