BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur” — Şəbnəm yenə “gül vurdu” – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ARB TV-də yayımlanan “Hüseynova bacıları” verilişində  “Avropada dörd ölkə” sualına “Amerikanın özü, İtaliya” cavabını verən müğənni Şəbnəm Tovuzlu izləyicisinə kobud cavab verib.

İstixeber.info xəbər verir ki, “İnstagram”da verilişdəki səhv cavabını müğənniyə xatırladan istifadəçinin “özünüzü biabır etməyin, ayıbdır” sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

“Bilirəm Avropa ölkələri hansılardır və Amerikanın paytaxtı haradır (Nyu-Yorkdur). Kimlərsə reytinq xatirinə mənim karyerama zərbə vurur”.

Görünür, göz düzəldən yerdə qaş çıxardan Şəbnəm xanım Amerikanın paytaxtının Vaşinqton olmasından xəbərsizdir.

Şəbnəm xanım “karyera” sözünün əvəzinə isə “koryera” işlətməsi isə diqqətdən yayınmayıb.(Yeni Sabah)

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26