Bz. Dek 15th, 2019

Şəmkirdə dəhşətli qəza: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkirdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Vaz 2107” ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb,  biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralananlardan qadın – 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı  xəstəxanaya yerləşdirilib. Qadının ərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info