BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SON DƏQİQƏ! Sərhəddə narkotacirlərə atəş açıldı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik va­­­­si­­­tə­­­lərin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.

Bu barədə DSX-dən İstixəbər.info-ya məlumat verilib.

Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­la­rı­nın “Lənkəran” sərhəd dəs­təsinin xidməti ərazisində Astara rayonu­nun Sım kəndi yaxınlığındakı sərhəd zastava­sının xidməti sahə­sin­də İran İslam Respublikasından Azərbaycana doğ­­ru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd nar­ya­dı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “da­yan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan ha­va­ya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllə­rindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə ci­hazı aşkar olunaraq götürül­üb.

Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sərhəddə İNSİDENT - Narkotacirlərə atəş açıldı - FOTOSərhəddə İNSİDENT - Narkotacirlərə atəş açıldı - FOTO

İstixəbər.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26