BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şahin Qədirli: “RUHLARI QƏTL EDİLMİŞ”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

RUHLARI QƏTL EDİLMİŞ

(Sərbəst şer)

Bir Qafqaz kişisinin,
Üstünə itlər hürdürülür,
Qüruru sındırılır,
Meymunlar şaqqanaq çəkir,
Üstünə güldürüllür.
İntihar edənlərin
Əvvəl ruhu qətl edilir,
Sonra cismi öldürülür.
Günah..,
bilinmir kimdə olur.

Ruhu, çoxdan
qətl edilmiş cismdə olur.
Deyirlər, adam inana bilmir,
filankəs intihar etdi,
Birbaşa Cəhənnəmə getdi!
Bu ucuz ölümü kimsə alqışlamaz,
Yer, Göy, Allah da bağışlamaz.
Həyat doğumdan başlayan,
Ölümün yoludur.
Dünya ruhları qətl edilmiş,
Zombilərlə doludur.

ŞAHİN QƏDİRLİ

BAKI 01.05.2017

loading...