BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudat sakinlərini gecə gözləyə biləcək təhlükə – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmazın Xudat şəhərində gecələr sahibsiz küçə itləri meydan sulayır.

İstixeber.info xəbər verir ki, Xudatda gecə saatlarında bir neçə addım atmaq kifayətdir ki, bu sahibsiz heyvanlara rast gəlinir. Adətən sürü halında gəzən yiyəsiz itlər hər an insanlara təhlükə yaradır.
Sakinlər deyir ki, gecə və gündüz saatlarında Xudat şəhərində müşahidə olunan itlər nəinki insanlar üçün, sürücülər üçün də təhlükə yaradır.Gecə evə gələrkən bir də görürsən ki, arxanca 10 dənə,15 dənə it hürə-hürə gəlir. Mümkün deyil, itlərin əlindən məhlədə gəzmək.
Nəzərə alsaq ki, sahibsiz itlərin hər biri quduzluq xəstəliyinin daşıyıcısı ola bilər, onda vəziyyətin mürəkkəbləyini təsəvvür eləmək çətin deyil.
Xudat şəhər xəstəxanasından aldığımız məlumatdan belə nəticə çıxır ki, təkcə bir il ərzində ən azı 65 nəfər it tutduğuna görə, xəstəxanaya gətirilib.
Nəzərə alsaq ki,itlərin hal -hazırda cütləşmə dövrüdür bu da onu deməyə əsas verir ki,sakinlər bir az da ehtiyyatlı olmalıdır.

Siz oxuculara gecə saatlarında Xudat şəhərində sürü halında gəzən itlərin video görüntüsünü təqdim edirik:

İstixeber.info Xudat
Rəşad Orucoğlu

loading...