BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, aprelin 11-də Gəncə ŞBPİ-nin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakinləri, 29 yaşlı Elvin Nağıyev, 26 yaşlı Rəşad Əliyev və əvvəllər məhkum olunmuş 27 yaşlı Nəriman Mirbağırov saxlanılaraq Nizami Rayon İdarəsinə gətirilib. Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram narkotik vasitə olan qrudulmuş “marixuana” yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343 qram narkotik vasitə olan qrudulmuş “marixuana”, Elvin Nağıyevin üzərindən 1.9 qram narkotik vasitə olan qrudulmuş “marixuana”, Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qrudulmuş “marixuana” aşkar olunaraq götürülüb.

Bundan başqa ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş və onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibində dörd bükümdə ümumi çəkisi 235.08 qram narkotik vasitə olan “tiryək” aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

İstixeber.info

loading...