BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mübarizi aşağılayan Nərmin Şahmarzadə barəsində MƏHKƏMƏ QƏRAR VERDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Milli qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi mənfi fikirlərə görə ittiham olunan Nərmin Şahmarzadənin işi ilə bağlı Bakı Apellyasiya məhkəməsi qərar verib. Xətai rayon məhkəməsinin işi icraata götürməsindən imtina qərarı ilə bağlı apellyasiya şikayəti təmin olunub.

İstixeber.info xəbər verir ki, bu barədə Şahmarzadəni məhkəməyə verən şəxslərin vəkili Ramil Rüstəmov bildirib:

“Birliyimiz və mübarizliyimiz qələbə çaldı!!!

Milli varlığımız olan Milli qəhrəmanımız Mübariz İbrahimov barədə böhtan və təhqir söyləmiş Nərmin Şahmarzadə barədə xüsusi ittiham qaydasında verdiyimiz şikayətin icraata götürülməsindən imtina olunması barədə 22 yanvar 2018 ci il tarixli Xətai rayon Məhkəməsinin qərarından verdiyimiz apellyasiya şikayəti bu gün təmin olundu və işin icraata qəbul edilməsi, Nərminin təqsirləndirilən şəxs bizi isə xüsusi ittihamçı kimi tanıması və ədalətli araşdırılma aparılması üçün Xətai məhkəməsinə göndərdi!!!”.

İstixeber.info

loading...