BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Duş qəbul etmə tərzinizə görə xarakteriniz – İntim yerdən başlayanlar…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyə mətbuatı insanın duş qəbul etmə formasına görə xarakteri ilə bağlı yazı hazırlayıb.

Məlumatda bildirilir ki, yuyunmağa ayaqdan başlamaq sadəliyin, təvazökarlığın göstəricisidir.

İlk növbədə sinəsini yuyanlar özgüvəni yüksək olan insanların xüsusiyyətidir.

Çimməyə başlayan kimi üzünü yuyan şəxslər utancaq olurlar. Onlar digərlərinə nisbətən daha tez depressiyaya düşüb, stress keçirirlər.

Hamamda ilk növbədə boyun və çiyinlərini yuyanların rədd edilməkdən xoşları gəlmir və onlar rəqabətdən zövq alırlar.

Çimməyə əl yumaqla başlayanlar idealist tiplərdir. Onlar hər məsələdə haqlarını tələb edirlər.

Hamamda ilk növbədə qoltuq altını yuyanlar səmimi və istiqanlı olurlar. Onlar başqalarına yaxşılıq etməkdən çəkinmirlər.

Çimməyə intim yeri yumaqla başlayan insanlarla ünsiyyət qurmaq olduqca çətindir. Onlar utancaq olurlar.

Hamamda ilk növbədə saçlarını yuyanlar vaxt itirməkdən xoşlanmırlar.

Çimməyə qol və ayaqları yumaqla başlayanlar soyuqqanlı və xəyalpərəst olurlar.

Hamamda ilk növbədə kürəyini yuyanlar tək qalmaqdan zövq alan şəxslərdir./sonxeber.az

İstixeber.info

loading...