Be. Dek 16th, 2019

“Gündəliyində “5” göstər, hədiyyə qazan” – Dükançıdan maraqlı jest – Bakıda

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın”.

İstixeber.info xəbər verir ki, paytaxt sakini Qəşəm Niftəliyev Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyindəki marketində məktəblilər üçün maraqlı aksiya başladıb.

O, gündəliyindəki “5” qiymətini göstərən şagirdlərə dəftər, qələm, kökə və s. həvəsləndirici hədiyyələr təqdim edir:

““5” alan şagirdin yanında başqa bir şagird olanda iki hədiyyə verirəm ki, o da görüb həvəslənsin. Həqiqətən də elə olur. Səhəri gün həmin uşaq da gündəliyindəki “5”-i göstərib hədiyyə qazanır”.

Q.Niftəliyev bildirib ki, məqsədi şagirdlər arasında təhsil sahəsində rəqabəti artırmaqdır:

“Əvvəllər bütün günü küçədə oynayan uşaqlar indi evə gedib dərs oxuyur ki, yaxşı qiymət alsın və hədiyyə qazansın. Düzdür, oxuyan uşaq onsuzda oxuyur, amma təhsildən uzaq düşən uşaqlar indi xeyli həvəslənib”.

O, hətta rüb sonunda əlaçı çıxanlar və universitetə qəbul olanlar üçün daha böyük hədiyyələr hazırladığını deyir:

“Fikirləşirəm ki, rübün sonunda əlaçı seçilənlərə və universitetə qəbul olanlara daha böyük hədiyyələr hazırlayım. Həmçinin şərəflövhəsinə vurulmuş fotosunu göstərənlərə də hədiyyə verməyi düşünürəm. Onların məktəbə, dərsə həvələnməsi üçün əlimdən gələni edirəm. Bəzən ayrı-seçkilik olmasın deyə bizim marketdən alış-veriş etməyən şəxslərində uşaqlarına hədiyyə verirəm”.\azedu.az

İstixeber.info