BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Lənkəranskinin mənəvi qardaşı güllələndi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Məşhur “qanuni oğru”, kriminal aləmdə “Şeyx Xəmzət” kimi tanınan Xəmzət Qastamirov sui-qəsdə məruz qalıb.

İstixeber.info bildirir ki, yenicag.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, hadisə Almaniyanın paytaxtı Berlində baş verib.

Belə ki, günorta saatlarında silahlı 4 nəfər Qastamirova və cangüdənləri Abubakar Qastamirovla Bislan Qaytukaevə avtomatdan atəş açıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Onların həyatı üçün təhlükə davam edir.

Qeyd edək ki, “Şeyx Xəmzət” 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

İstixeber.info

loading...