BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Maygülü”nün adı dəyişdirildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib.

İstixeber.info xəbər verir ki, Zooloji Muzeyin direktoru Səbinə Bünyatova AzərTac-a açıqlamasında bildirib ki, maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub. Çünki bu quş suyun dərinliklərinə baş vurmaq xüsusiyyətinə malikdir.

Lələk örtüyünün xallı naxışa malik olması əsas götürülərək böyük qartalça və ya çığırğan qartalça növünə böyük xallı qartal adı verilib. Ördəktutan qızılquş və ya ördəktutan kimi tanıdığımız quş növünün adının bu növün bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək sərçəkimilərə aid kiçik quşlarla qidalanan qızlıquş növünün adı sərçəçalan kimi dəyişdirilib.

Qəşəng durna növünün adı isə telli durna kimi qəbul edilib. Çünki bu növün baş hissəsində tel formasında uzanan lələk topası olur. Dovdaqlar fəsiləsinə aid olan müxtəlif ədəbiyyatlarda cek, gözəl cek, qəşəng baladovdaq kimi yazılan növün adı qəşəng dovdaq olub.

Kölgəlik yarpaqgüdəni əvəzinə sin-sin yarpaqgüdəni qəbul edilib, çünki növ bu cür səs çıxarır, lakin “tenkovka” adı rus dilindən səhvən “kölgə” kimi tərcümə edilib.

Həmçinin alman və rus mənşəli bir sıra adlar milli adlarla dəyişdirilib: trinqa – otluq cüllütü, bekas – meşə cüllütü, sterna – sümrü, sitta – fitçi, tixodrom – qaya quşu və s./Unikal.org

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26