BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

UMİD AMİN: “Mən Qarabağın gələcəyini göstərdim filmdə”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu barədə Londonda, Rusiyada ilin rejissoru adına layiq görülmüş, Rusiya Federasiyası Yazıçılar İttifaqının fəxri ad almış azərbaycanlı üzvü Ümid Amin İstixeber.info-ya məlumat verib.

Əvvəla qısa metrajlı film haqqında onu demək istərdim ki, uzun müddətdir bu layihə üzərində işləyirdik və nəhayət, bugün işimizin bəhrəsini gördük.
Zamanımızda texnologiyanın sürətli inkişafını nəzərə alaraq Gənc və yeni nəsilin anlayacağı dildə göstərmək istədik filmi. Və məncə çox uğurlu alındı. Mən bütün yaradıcı heyətə minnətdarlığımı bildirirəm. Rəssam, montaj, operatorlar, qrafik dizaynerə, fotoqraflara.

Bu filmin ərsəyə gəlməsində GOLD MEDIA GROUPA xüsusi təşəkkürümü bildirirəm.

Tədbirdə çıxış edən zaman filmin rejissoru olaraq, Qarabağ həqiqətlərinin gənc nəsilə çatdırılması üçün yeni bir filmə ehtiyac olmasından, filmdə vətənpərvərliyin Mübariz İbrahimovun timsalında təsvir edilməsindən, filmdəki işğaldan sonra bərpa səhnəsinin izləyənlərdə ruh yüksəkliyi yaradacağından bəhs etmişəm.

Xocalı soyqırımının ildönümü ilə əlaqədar hazırlanmış qısa metrajlı film ( BDAT ) Birləşmiş Dünya Azərbaycanlıları təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən sifariş verilmişdir. Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə, BDAT-ın Azərbaycan nümayəndəliyinin Təşkilatı işlər üzrə sədr müavini Tünzalə Teymurova, GOLD MEDIA GROUPUN rəhbəri Vüsalə Əlibəyliyə,

9 Qat Dünya, 3 qat Avropa Əməkdar və beynəlxalq dərəcəli idman ustası Tay Boxing və Muaytay federasiyasının vitse-prezidenti Fövqalada Hallar Nazirliyinin mayoru Cənab Araz Musayevə dərin minnətdarlığımı bildirirəm.

Vətən deyəndə qürurlanmayan, Şəhid deyəndə gözləri dolmayan, ürəyi yanmayan kəs düşmənə sarılar
xalqını satar !!!

Allah şəhidlərimizə rəhmət eləsin!

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26