BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Martın son günləri – Qara bürünən şimal rayonları


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Martın son günlərində qış geri qayıdıb.

Martın son günləri olsa da şimal bölgəsində qarlı, şaxtalı hava şəraiti davam edir.

İstixeber.info İstiPress-in Şimal bürosuna istinad edərək xəbər verir ki, bu gecə də Quba və Qusarın, Xızının dağlıq ərazilərində  qar və şaxta qeydə alınıb.

Quba Ərazi Hidrometerologiya Müəssisəsindən verilən məlumata görə, Qubanın Xınalıq kəndinə bu gecə 4, Qrız kəndinə 2, Xızının Altıağac qəsəbəsinə 1 sm qar yağıb. Hazırda Xınalıqda əvvəlki qar qalmaqla 14 sm qar var. Bölgədə ən çox şaxta isə Qrız kəndində müşahidə olunub-6,5 dərəcə.

Qar yağması dayansa da şaxtalı hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən verilən məlumata görə, Azərbaycanın rayonlarında bu gün də arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

İstixeber.info Quba

loading...