BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kreditinə güzəşt olunanlar bundan sonra nə etsinlər?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Vətəndaşlar məlumat aldıqdan sonrakı kommunikasiya elə qurulacaq ki, onlar birbaşa müştərisi olan banklara müraciət etsinlər.

İstixeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allaheverdiyev bu gün problemli kreditlərin həlli ilə bağlı yaradılmış portalın təqdimat mərasimində deyib. O qeyd edib ki, hər bir vətəndaşa xidmətdən şəffaf dərəcədə faydalanmaq imkanı veriləcək. Tədbirdə çıxış edən Palatanın Nəzarətin metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov isə qeyd edib ki, hazırda bəzi vətəndaşlarımıza xüsusi bir mesaj gələcək:

“Həmin mesajda qeyd olunacaq ki, restrukturizasiya olunmalı əsas kredit borclarınıza dair məlumatlar hazırda dəqiqləşdirilmə mərhələsindədir. Bu da məhdud sayda vətəndaşlarımıza çatacaq. Çünki keçmişdə olan borcların eyniləşdirilməsi ilə bağlı dəqiqləşdirmə işləri gedir”.

Qeyd edək ki, vətəndaşlar palatanın saytına daxil olub “Problemli kredit məlumatlarının sorğulanması” bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyad və telefon nömrəsini yazıb məlumat əldə edə bilərlər.

Xatırladaq ki, problemli kreditlərin həllində dövlət güzəşti ümumilikdə 850-900 min insanın kredit probleminin həllinə yönələcək.

İstixeber.info

loading...