BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ən “xoşbəxt” və “bədbəxt” ölkələrin adları açıqlandı – Siyahıda Azərbaycan da var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Skandinaviya və ətraf ölkələrdə insanlar özünü çox xoşbəxt hiss edir. BMT-nin sifarişi ilə hazırlanan “World Happiness Report” da bunu deyir.

İstixeber.info xəbər verir ki, hesabata görə, özünü ən çox xoşbəxt Finlandiyada hiss edirlər. Finləri norveçlilər, danimarkalılar və islandlar izləyir.

Ümumiyyətlə, hesabatda 156 ölkənin adı yer alıb. Axırıncı pillədə Burundi qərarlaşıb.

Azərbaycan sıralamada 87-ci yerdədir. Postsovet məkanında Qırğızıstanı (92), Gürcüstanı (128), Ermənistanı (129) və Ukraynanı (138) geridə qoyuruq. Özbəkistan (44), Litva (50), Latviya (53), Rusiya (59), Qazaxıstan (60), Estoniya (63), Moldova (67), Türkmənistan (68), Belarus (73), Tacikistan (80) daha yaxşı mövqedədir.

Hesabatı hazarlayarkən ölkədə ÜDM-nin adambaşına düşən payını, orta ömür müddətini, sosial şərtləri, həyat seçimi azadlığını, korrupsiyanın səviyyəsi və bir çox başqa amilləri nəzərə alıblar.  /Bizimyol.info/

Tronheym, Norveç

Ən “xoşbəxt” 15 ölkə:

Finlandiya (7.632)

Norveç (7.594)

Danimarka (7.555)

İslandiya (7.495)

İsveçrə (7.487)

Niderland (7.441)

Kanada (7.328)

Yeni Zelandiya (7.324)

İsveç (7.314)

Avstraliya (7.272)

İsrail (7.190)

Avstriya (7.139)

Kosta Rika (7.072)

İrlandiya (6.977)

Almaniya (6.965)

Baya De Luanda, Anqola

Baya De Luanda, Anqola

Ən “bədbəxt” 15 ölkə:

Anqola (3.795)

Madaqaskar (3.774)

Zimbabve (3.692)

Əfqanıstan (3.632)

Botsvana (3.590)

Malavi (3.587)

Haiti (3.582)

Liberiya (3.495)

Suriya (3.462)

Ruanda (3.408)

Yəmən (3.355)

Tanzaniya (3.303)

Cənubi Sudan (3.254)

MAR (3.083)

Burundi (2.905)

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26