BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İstixeber.info və Qayalı Market 3 kasıb ailəni sevindirdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info-nun Şabran-Xızı rayonları üzrə xüsusi müxbiri Etibar Hüseynov 19 Mart İlaxır çərşənbə günü və Novruzun gəlişi münasibəti ilə Şabran və Siyəzən rayonlarında yaşayan üç ağır, çətin, sosial vəziyyəti yaxşı olmayan ailələrin evinə bayram sovqatı ilə yollanıb. İlk öncə müxbirimiz Şabran rayon Güləmli kənd sakini Əfqan Məlikovun ailəsini, 3- sotlar adlanan ərazidə yasayan Məryam nənənin evində və Siyəzən rayon Yenikənd kənd sakini Zəfər Ağasiyevin ailəsini bayramlarını təbrik edib, bayram sovqatlarını onlara çatdırıb. Bu missiya daim sayt olaraq bizim diqqət mərkəzimizdədir.
Bu işdə bizə operatorumuz Azad bəyə və Qayalı Marketlər şəbəkəsinin Şabran rayon üzrə rəhbəri Elçin müəllimə və Qayalının bütün kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Novruz Bayramınız Mübarək!!!

İstixeber.info Şabran, Siyəzən, Xızı

loading...