BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı metrosunda törədilən terror aktından 25 il ötür


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

1994-cü il mart ayının 19-da 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış törədilib. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

İstixeber.info xəbər verir ki, terakt nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib. Onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Terror aktının icraçısı Oqtay Qurbanov isə partlayış zamanı ölüb.

İstintaq zamanı müəyyən edilib ki, terrorçular Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqədə olublar və hazırlığı bu ölkədə keçiblər.

Qeyd edək ki, partlayışda ölənlər arasında xalq artisti Rafiq Babayev də olub.qafqazinfo

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26