Be. Dek 16th, 2019

GƏNCƏDƏ OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1000 ABŞ dolları nağd pulu və 350 manat dəyərində 1 ədəd kompyuteri oğurlayıb. V. İsmixanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info