BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qırmızı işığa məhəl qoymayan sürücülər. Radar istəyən sakinlər – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verir ki, şimal rayonlarında quraşdırılan işıqforların tələblərinin pozulması ilə bağlı bir sıra müraciətlər daxil olub. Müraciətləri qəbul etdikdən sonra, bir sıra rayonlarda müşahidə aparmaq qərarına gəldik. Əsas müşahidə apardığımız yollar Siyəzən, Xaçmaz, Xudat və kənd yolları oldu. Oxucuların nəzərinə onu da çatdırmaq istəyirik ki, əsas kadrları arxiv olaraq saxlamışıq. Amma əsas sujeti saytda işiqlandıracayıq. Bəzi sürücülərin ən çox qırmızı işığın tələbini pozduğu yol Xudat-Qusar yolunun üzərində yerləşən Kəndxudat kəndində qoyulan işiqfordu. Bir neçə həftə bundan öncə Xudat-Qusar yolu yenidən qurulub əhalinin, sürücülərin istifadəsinə verildi. Yeni yol əlbətdə ki, sürət həddinin qalxmasından xəbər verir. Bu na görədə yeni çəkilmiş Xudat-Qusar yolunun KəndXudat kəndi ərazisindən keçən hissəsində, düz məktəbin önündə işiqfor quraşdırıldı. Bu iş əla bir haldır. Amma sakinlər iddia edir ki, bir çox sürücülər bu işığa məhəl qoymurlar. Deyilənləri nəzərə alıb bir saatlıq bu ərazidə müşahidə aparmaq qərarına gəldik. Sakinlərin dediyi düz çıxdı. Ailəsinə, övladına hörmət etməyən, işıqforun tələbini pozan onlarla sürücü saytımızın kameramıza düşdü. Yenə də deyirik, bir çox kadrları saxlamışıq. Sakinlərin kameramıza da dediyi kimi bu ərazidə mütləq müşahidə kamerası və sürət ölçən cihaz lazımdır. Bu qurğular olsa bəlkə onda sürücülər deyilənlərə əməl edər. Məsələni dəqiqləşdirmək, bu ərazidə müəyyən cihazların quraşdırılmasının mümkünlüyünü araşdırmaq üçün BDYP-idarəsinin Mətbuat xidmətinin rəhbəri Rüfət Quliyevlə əlaqə saxladıq. Rüfət müəllim İstixeber.info-ya bildirdi ki, dediyiniz ərazini qeydiyyata götürürük. Aidiyyatı şəxslər yollara baxış keçirəcək, sürət ölçən qurğular, müşahidə kameralarının quraşdırılması yerləri müəyyənləşdiriləcək.

İstixeber.info saytı olaraq bütün sürücülərə uğurlu yol, bütün yol nişanlarının tələblərinə riayət etməyi arzulayırıq.

İstixeber.info Siyəzən, Xaçmaz, Xudat 16.03.2019
Rəşad Orucoğlu Ağaşirinov

loading...