Ç. Dek 11th, 2019

Lotu Bəxtiyarın gizlədilən videosu üzə çıxdı: Başına pullar səpilir…+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycanın tanınmış avtoritetlərindən olan Lotu Bəxtiyarın illər əvvəl çəkilmiş videosu üzə çıxıb.Videoda Lotu Bəxtiyarın rəqsi əks olunub.

İstixeber.info xəbər verir ki, o, rəqs edərkən başına külli miqdarda pul səpilib.

[lightbox full=”http://”] [/lightbox]

Xatırladaq ki,  Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq koloniyasına etap edilib (köçürülüb). Bununla da əfsanəvi Lotu Bəxtiyarın həyat macərasının təməli qoyuldu. Cəzasını tam çəkib qurtarmamış 1977-ci ildə oradakı haqsızlıqlara qarşı mübarizə apardığna görə onun cəza müddətinə 3 il də əlavə olunaraq Rusiyanın Vladimir şəhərindəki “Vladimirski Tsentral” türməsinə (qapalı rejim) etap olunub. 1982-ci ildə “Vladimirski Tsentral” türməsinin lazaretində bütün ittifaq üzrə qanuni oğruların patriarxı sayılan Vasya Brilyant ləqəbli Vasili Babuşkin və digər qanuni oğru Nikolay Yakutenko tərəfindən qanuni oğru adını almış, bu sınaqdan çox asanlıqla keçmişdir. 1983-cü ildə azadlığa buraxılmışdır.

İkinci dəfə 1985-ci il İyun ayının 28-də (226.38 maddəsi ilə) 2 il müddətinə həbs olunmuşdur. 1987-ci ildə azadlığa buraxılmışdır

Üçüncü dəfə 1989-cu ildə (189, 220.38-ci maddələrlə) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 1992-ci il İyul ayının 15-də bəraət alaraq azadlığa buraxılmışdır.

1993-cü ildə ailə həyatı qurmuşdur.

Dördüncü dəfə 1994-cü il Dekabr ayının 22-də fövqəladə vəziyyətdə həbs olunmuşdur. Həbs olunmasına baxmayaraq hüquq mühafizə orqanları əllərində əsaslı dəlillər olmadığına görə ona cəza müddəti təyin edə bilməmişlər. Nəhayət 2 ildən sonra 1996-cı il Mart ayının 3-də onu 3 il müddətinə azadlıqdan məhrum etmişlər. 1997-ci il Mart ayının 12-də işə yenidən baxılaraq ona 4 il iş kəsilmişdir…

Bütün bu illər ərzində o keçmiş Sovet İttifaqının Maykop, Vladimir, Balaşixa, Perm, Karlaq, Zlatoust, Novosibirsk, Krasnoyarsk kimi şəhərlərində məhbusluq həyatı yaşamışdır. Və nəhayət 1998-ci il Aprel ayının 6-da Bakı şəhərindəki 13 saylı kolonun xəstəxanasında qara ciyər serrozundan vəfat etmişdir./oxu24.com