BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əfv sərəncamı nə vaxt imzalanacaq? – Tarix müəyyənləşdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb.

İstixeber.info xəbər verir ki, Komissiyadan Modern.az-a verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb, müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırdır.

Əldə olunan məlumata görə, qarşıdakı həftə ərzində Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Məlum olduğu kimi, əfv sərəncamnın verilməsi ölkə rəhbərinin konstitusion hüququdur.

Əfv sərəncamının 13 mart-17 mart tarixlərində imzalanacığının gözlənildiyi vurğulanır.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26