BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Problemli kreditlərlə bağlı hər şeyi BURADAN ÖYRƏNİN


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (https://iqtisadiislahat.org/pk/) hazırlayıb.

Mərkəzdən İstixeber.info-ya bildirilib ki, elektron resursun ilk bölməsində qanunvericilik bazası yer alıb. Hazırda həmin bölmədə Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.

İkinci bölmədə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan kalkulyator yer alıb. Bu kalkulyator vasitəsilə həm 2015-ci il fevralın 21-nə, həm də 2015-ci il dekabrın 21-dək xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm “scroll-bar”, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.

Yeni elektron resursun digər bölməsi Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölmədə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.

Sonuncu bölmə tez-tez ünvanlanan suallara aid edilib. Bu bölmədə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26