Ç. Dek 11th, 2019

İki hərbiçimiz qar uçqununa düşüb – Müdafiə Nazirliyi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüb.

Müdafiə Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

İstixeber.info