BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ərdoğan ABŞ-a meydan oxudu – “S-500 də alacağıq”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “S-500” hava hücumundan müdafiə sistemləri almaq üçün Rusiya ilə yeni müqavilə imzalayacağını açıqlayıb.

İstixeber.info teleqraf.com-a istinadən xəbər verir ki, Ərdoğan “S-400” sistemlərinin alışının da davam edəcəklərini bildirib.

Dövlət başçısı qeyd edib ki, digər istiqamətlərdə də Rusiya ilə danışıqların davam edir:

“İyul ayında “S-400″lərin ilk partiyasını alacağımıza ümid edirəm”.

Ərdoğan bununla belə, Rusiyadan “S-500” sistemləri alacaqlarını da bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayaraq, Türkiyədən “S-400″lərin alışını dayandırmağa çağırıb.

Rəsmi Vaşinqton Ankaranın geri addım atmayacağı halda, bunun baha başa gələcəyi ilə təhdid edib.

İstixeber.info

loading...