Ağcabədidə evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, cari ilin yanvar ayında Ağcabədi rayon sakini Rövşən Azadov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib.
Məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib, R. Azadova məxsus evdən ümumi dəyəri 3000 manat olan məişət əşyalarının oğurlandığı müəyyən edilib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elçin Hüseynov saxlanılaraq istintaqa təhvil verilib. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
More Stories
Azərbaycanda tələbə qızı otelə gətirdi – Cinsi əlaqə zamanı video çəkdi
QUBADA NARKOTİKA SATAN ŞƏXSLƏR SAXLANILIB – FOTO
Məktəbdə 17 yaşlı gənc bıçaqlandı – AZƏRBAYCANDA