BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

BALAKƏNDƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLANLAR SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib. 

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Muxtar Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı M. Mustafayevdən 0, 38 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Onun ətrafında aparılan araşdırmalarla M. Mustafayevin rayonun Mahamalar kənd qəbiristanlığının ərazisində gizlətdiyi təmiz çəkisi 292 qrama yaxın qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Abdulla Qallacov saxlanılıb. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman ümumi çəkisi 7,87 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Ətrafında aparılan araşdırmalar zamanı onun Kortala kəndi ərazisində əkib-becərdiyi ümumi çəkisi 132,52 qram olan çətənə bitkisinin hissələri də aşkar edilərək götürülüb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən şəhər sakini Rövşən Nəsibov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7,16 qram qurudulmuş marixuana aşkarlanıb. R. Nəsibovun yaşadığı evə baxış keçirilən zaman oradan 4 ədəd çətənə bitki kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...