BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Valideynləri qorxudan xəstəlik: uşaqların temperaturu yüksələndə nə etməliyik?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yüksək hərarət uşağın xəstələndiydən xəbər verən siqnallardan biridir. Buna görə də hərarəti salmağa çalışmadan əvvəl, onun simptomlarını üzə çıxarmaq lazımdır.

İstixeber.info medicina.az-a istinadən uşaqlarda temperaturun qalxma səbəblərini təqdim edir:

Normal temperatur

Temperaturun normadan yüksək olduğunu bilmək üçün əvvəl normanı müəyyən etmək lazımdır. Çoxları elə düşünür ki, sağlam uşağın bədən temperaturu 36,6-ya bərabər olmalıdır. Amma bu, belə deyil. Temperatur yalnız uşağın yaşından deyil, həmçinin, günündən də asılı olaraq dəyişir.

Qeyd etmək lazımdır ki, uşaq 30 dəqiqə ərzində fiziki aktivlik edərkən də onun bədən temperaturu qalxa bilər. Uşağın 1 yaşına qədər bədən temperaturu sonrakı illərə nisbətən daha yüksək ola bilər. Bunun səbəbi uşağın beyninin istilik tənzimləmə funksiyasının lazımi qədər formalaşmamasıdır. Ona görə də südəmər uşaqlarda adətən bədən temperaturu 36,3-37,4 arası dəyişir. Əgər uşaq normal yeyir və yatırsa, o zaman narahat olmağa dəyməz.

Febril/subfebril temperatur

37-38 dərəcə intervalında olan temperaturu subfebril temperatur adlandırırlar. Bu cür temperaturu aşağı salmaq tələb olunmur. Amma əgər subfebril qızdırma 5 gündən çox davam edərsə, o zaman bu orqanizmdə olan hər hansı bir problemdən xəbər verir. Buna görə də mütləq həkimə müraciət etmək lazımdır.

Febril qızdırma zamanı bədənin temperaturu 38,1-39 dərəcə arasında olur. Bu kifayət qədər yüksək temperatur hesab edilir. Buna görə də uşağın ümumi vəziyyətinə , dərisinə, nəfəs yollarına, limfa düyünlərinə diqqət yetirmək tələb olunur. Febril temperatur zamanı uşağa çoxlu maye içirmək lazımdır.

Aşağı temperatur

Hipotermiya əsasən, soyuq ətraf mühit, infeksiya, nevroloji problemlərdən, metabolik və endokrin xəstəliklər səbəbindən meydana gələ bilər. Buna görə də temperaturun aşağı olduğu müşahidə edilən kimi həkimə müraciət edilməlidir.

Uşaqda aşağı temperatur müşahidə edildikdə aşağıdakıları həyata keçirmək lazımdır:

– uşağın paltarlarını dəyişin

– onu isti ədyala bükün

– içməyə isti bir şey verin

– uşağa “qrelka” qoyun

– uşağın olduğu otaqda havanın temperaturunu artırın

Uşaqlarda olan simptomsuz yüksək temperatur

Uşaqlarda müşahidə edilən öskürəksiz və burun axıntısız yüksək temperatur valideynləri tupikə sala bilər. Belə olduqda onun səbəbini aşkarlamaq çətin olur.

İlk növbədə uşağın əhvalına diqqət yetirmək lazımdır. Əgər uşaq əzgin, yuxuludursa, yeməkdən imtina edirsə və dərisində qırmızı və ya qəhvəyi ləkələr əmələ gəlibsə, o zaman təcili olaraq həkim çağırın.

Əlavə əlamətləri olmadan uşaqların temperaturunun yüksəlməsi aşağıdakı hallardan yarana bilər:

• Dişlərin çıxmasına reaksiya. Damaqların partlaması zamanı körpələrdə hərarət yüksələ bilər. Çox vaxt eyni zamanda ağız suyunun axması da sürətlənir.

• Virus və ya bakterial mənşəli infeksiya. Virus infeksiyaları zamanı əvvəlcə bədənin hərarəti yüksəlir, daha sonra isə səpgilər meydana gəlir.

• Yüksək temperaturun səbəblərindən biri də kəskin otit ola bilər. Qulaq ağrısı həmişə tədricən başlayır və uşağı ilk əvvəl narahat etmir. Daha sonra isə qulağın dib hissəsinə basıldıqda ağrı və diskomfort yarana bilər. Belə olan halda mütləq uşağı həkimə müayinə etdirmək lazımdır.

• Sidik yollarının infeksiyaları. Xəstəliyin aşkarlanması üçün sidik analizi verilməlidir.

• Uşağın bədəninin həddən artıq. Uşağın temperaturu bəzən xarici amillərin təsiri ilə də qalxa bilər. Məsələn, uşaq əgər günəşin altında çox dayanarsa, o zaman onun temperaturu arta və səhhəti pisləşə bilər. Uşağa yardım göstərin, onu daha sərin bir yerə apararaq çoxlu miqdarda su içirin. Əgər temperaturu həddən artıq yüksəkdirsə, o zaman uşağa qızdırmasalan preparatlar verin.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26