BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“London taksiləri” qiymətləri endirdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Taksi Xidməti” MMC Heydər Əliyev Beynəlxalq Aeroportundan sərnişinlərin daşınması qiymətlərində endirim tətbiq edib.

İstixeber.info xəbər verir ki, bu barədə Axar.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, xidmətin keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin təmin edilməsi üçün aparılan bir sıra islahatların nəticəsi olaraq hava limanı ərazisində yerli sakinlərə və turistlərə yalnız “Bakı Taksi Xidməti” MMC xidmət göstərəcək. Taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib. “Taxometr” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir: “Bununla yanaşı, “Bakı Taksi Xidməti” aeroportdan həyata keçirilən sərnişin daşımalarında 40 faiz endirim tətbiq edir ki, bu endirimlər hər hansı bir müddət çərçivəsində yox, bütün dövrü əhatə edəcək”.

Yeni fəaliyyətə başlayan “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdırır.

İstixeber.info

loading...