Ç. Dek 11th, 2019

“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Məşhur “qanuni oğru”, “Cemo Tbilliskiy” ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.

İstixeber.info primetime.az-a istinadən xəbər verir ki, 43 yaşlı “vor-zakon” yüksək miqdarda kokain qəbulundan ölüb.

Məlumata görə, “Cemo” kimi atası, “Arsen” ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. “Cemo”nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.

“Cemo” kriminal aləmdə azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri kimi tanınırdı.

İstixeber.info