BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xızı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Giləzi qəsəbəsində yerləşən tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

İstixeber.info xəbər verir ki, məktəbin pedaqoji heyətinin və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən Xızı RPŞ-nin YYÇPİTQ-nun inspektoru, polis baş leytenantı Niyaməddin Bağırlı narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlərdən bəhs edib. Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakət olduğunu deyən polis baş leytenantı, şagirdləri sağlam həyat tərzi keçirməyə, pis vərdişlərdən uzaq olmağa səsləyib. Məktəblilərə sağlam ruhda böyüməli olduqlarını və gələcəyin savadlı kadr olmalarını izah edən N.Bağırlı, onlara təhsillərində uğurlar arzulayıb.

Sonra çıxış edənlər bəşəriyyətin ən böyük bəlasına çevrilən narkotik maddələrin dörviyyəsinə qarşı dövlət tərəfindən görülən tədbirlərdən danışaraq, pis vərdişlərə düçar olmuş şəxslərin yenidən normal həyata qaytarılmasında hərkəsin fəallıq göstərməsinin vacibliyini qeyd ediblər.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26