BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QOHUMUNUN ÇANTASINDAN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Saatlıda qohumunun çantasından oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus çantadan 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixeber.info

loading...