BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudatın mərkəzi küçəsi yenə kanalizasıya sularına qərq oldu.Foto,video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixeber.info xəbər verirki,bu gün axşam saatlarında Xudat şəhərinin mərkəzi küçəsi yenə kanalizasıya sularına qərq olub.İşiqfor adlanan əraziyə yaxın yerdə kanalizasıya lyukun ağzından çirkab sular mərkəzi küçəyə axır.Gecə olduğundan insanlar üçün bu adi mənzərə ola bilər.Amma səhər bütün çirkablar açıq-aydın hiss olunacaq.Vətəndaşların müraciətini alan kimi çəkiliş qrupumuz ərazidə yollandı.Kadrlardan da aydın görünür ki,vəziyyət heçdə ürək açan deyil.Ərazini pis qoxu bürüyüb.
Məsələnin həllin vaxtını dəqiqləşdirmək üçün Xudat şəhəri su,kanalizasıya idarəsinin məsul şəxsi Rafiq Fazilovla əlaqə saxladıq.Rafiq müəllim cavabında bildirdiki,həmin xətt müəyyən yerdən yenə də tutulub.Bir neçə saat çalışdıq aça bilmədik.Amma iş , səhər yenidən davam etdiriləcək.Problemin aradan qaldırılmasına çalışacayıq.
Oxucuların nəzərinə onuda çatdırmaq istəyirik ki,artıq həmin xəttlər bir il ərzində dəfələrlə tutulub.Son dəfə həmin xəttin təmizlənməsi zamanı kanalizasıya xəttlərinin içindən heyvan baş-ayağı,butulka və s.kimi hərəkəti mümkün olmayan əşyalar çıxarılmışdır.
Hörmətli oxucular ümumilikdə Xudat şəhərinin su-kanalizasıya xəttlərinin yenidən təmir olunmasına ehtiyyac var.Bu işlər qısa bir zamanda başlanılmasa Xudatın bütün küçələri kanalizasıya sularının altında qalacaq.

İstixeber.info Xudat 28.02.2019

Rəşad Orucoğlu

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26