Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.
İstixeber.info-nun məlumatına görə, “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: “Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.
Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: “Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq”.
O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik.
More Stories
Bakıda yerli və beynəlxalq tibbi ekspertləri bir araya gəldilər – FOTO
Yevlaxda Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi – FOTO
“Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm” – Mehriban Əliyeva