BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xızı Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ DAİM YAŞAYACAQ!

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
Tədbirin əvvəlində polis şöbəsinin əməkdaşları rayonda yerləşən şəhidlər xiyabanını ziyarət edərək, abidə önünə qərənfillər düzüblər. Daha sonra polis şöbəsinin inzibati binasında davam edən anım tədbiri keçirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov öz çıxışında Xocalı faciəsi zamanı erməni qəsbkarları tərəfindən törədilən vəhşiliklər barədə danışıb. O, bildirib ki, fevralın 25-dən 26-na keçən gecə mənfur düşmənlərimiz əliyalın insanlara qarşı zülmlər edərək, Xocalı sakinlərini misli görünməmiş vəhşiliklərlə qətlə yetiriblər.
Sonra çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Yadigar Cəfərov və digər polis əməkdaşları Xocalıda baş verən qırğınların bəşəriyyət əleyhinə cinayət, soyqırımı olduğunu bildiriblər.

İstixeber.info

loading...