BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakının ilk qarı – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Havaların kəskin dəyişiləcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 
verilən prognozlar özünü doğrultmağa başlayıb.

İstixeber.info-nun məlumatına görə, Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.
Bu gün səhər isə Bakı şəhərinə yağan qarın görüntülərini İstixeber.info-nun əməkdaşı telefonun yaddaşına köçürə bilib.

Səhər tezdən yağmağa başlayan qar şəhər sakinlərinin sevincinə səbəb olub. Amma qısa müddətə yağan qar az da olsa evlərin damını, nəqliyyat vasitələrinin üstünü ağ örpəyə bürüyüb.

Həmin qar görüntülərini siz oxuculara təqdim edirik:

İstixeber.info Bakı 19.02.2019

loading...