BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ayrılıqlar niyə sancılı keçir?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ağrılı bir ayrılıqdan sonra insanların öz-özünə verdiyi sual: Nə səhv oldu? Cavabın işlənib hazırlanması üçün beyin işləyərkən, insanlar, adətən, ola biləcək fərqli gedişat hekayələri (ssenari) yaradırlar, ayrılığa gətirib çıxaran hadisələri təhlil edir və səbəbi tapmağa çalışırlar. Bəzi hallarda, bu cür təhlillər müsbət ola bilər, insanların özü üçün məna çıxarmasına kömək edir və başlarına gələn bu ağrılı hadisəni başa düşürlər. Çox vaxt isə beynində qurma, səbəb axtarma mənfi təsir göstərir, ayrılma prosesini asanlaşdırmaq yerinə ağrını artırır.

İstixeber.info e-tibb.az-a istinadən bildirir ki, ayrılıq hekayələrini dinlədiyimizdə görürük ki, insanlar tərk edilməni öz qüsuru kimi qəbul edirlər. Onlara elə gəlir ki, bu qüsurdan özlərinin də xəbəri olmayıb. Belə olduğu halda insan özü haqda fikirlərini sorğu-sual etməyə başlayır və öz şəxsiyyəti barədə mənfi nəticələrə gəlir. Belələri, əsasən, bu cür deyirlər “ağrı var içimdə”, “sevilməyə layiq olmayan biri kimi hiss edirəm özümü”. Hətta onlar bildirir ki, öz-özlərinə nə qədər desələr də ki, bu ayrılıq onun səhvindən deyil, o itirdi, amma yenə bu hissiyyatdan qurtula bilmirlər. Bu kimi etiraflar çox tez-tez qarşımıza çıxır. Hətta onlar, köhnə sevgililərinin təzə münasibətə başladığını eşitdiklərində, bu yeni sevgilini araşdırmağa başlayır və özləri ilə müqayisə edirlər. “Məndə olmayan, onda olan nə var ki?” kimi düşüncələrlə çarpışırlar.

Ayrılıqdan sonra, düzgün düşünmə tərzi isə başqadır. Məsələn, keçmişdəki münasibətdən nə öyrəndim, sonrakı əlaqələrdə nəyi inkişaf etdirə bilərəm? Ancaq insanlar bu düşüncənin də ifratına qaçırlar. Onlar özləri ilə əlaqəli təməl dəyərlərə sarsıdıcı şübhələrə yanaşırlar və bu zaman davranışları qeyri-sağlam ola bilir.

Tərk edilmə insanın “öz”ünün itkisinə səbəb ola bilər. Tədqiqatlar göstərir ki, insanlar yaxın münasibətlər içərisində olduqda, beyinlərində sevgililəri ilə özlərini həmişə iç-içə görürlər. Başqa sözlə, romantik ortağımızı özümüzdən ayrı fərd kimi yox, özümüzün bir parçamız kimi görürük. Bu səbəbdən də ayrılıq olduqda “öz”ümüzdən bir parça itirmiş kimi hiss edə bilərik.

Bəzi insanlar ayrılıq yaşadıqdan sonra sevgililik münasibətlərinə baxışlarının pessimist olduğunu dilə gətirirlər. Yaxın zamanda ağrılı ayrılıq yaşamış biri bu cümləni qurmuşdu: “Onun məni tərk etməsi, içində nə olduğunu bilmədiyim bir qutunun açılması kimi oldu. Sevgiyə güvən kimi inanclarımın heç vaxt var olmamış fantaziyalar olduğunu başa düşdüm…”

İstixeber.info

loading...