BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vahid Mustafayev ANS telekanalının bərpasından danışdı: “Bu, hər zaman gündəmdədir”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev telekanalın fəaliyyətinin bərpa olub-olunmaması perspektivi barədə danışıb.

İstixeber.info xəbər verir ki, o gununsesi.org-a açıqlamasında bildirib ki, telekanalın bərpası hər zaman gündəmdə olub: “Biz bu istəyimizdən heç zaman vaz keçməmişik. Dəfələrlə bəyan etmişik ki, biz bu dövlətin əsgəriyik. Nə zaman istəsələr, xidmətə hazırıq. ANS Azərbaycan xalqına şərəflə xidmət edib”.

“ANS-in fəaliyyətinin bərpası üçün hazırda hansı addımları atırsınız” sualına Vahid Mustafayev belə cavab verib: “Biz zamanında müraciətlər etmişik. İstər ölkə rəhbərliyinə, istərsə də hüquqi instansiyalara qədər getmişik. Bu gün qərar vermək bizim işimiz deyil. Ancaq xalqımız da yaxşı dərk edir ki, Azərbaycana ANS lazımdır. Bu gün ANS-in yeri görünür. Biz fəaliyyətə tam hazırıq. 8 ölkədə bürolarımız olub. Regionlarda 12 büromuz fəaliyyət göstərib. Komandamızla, texniki bazamızla yayıma tam hazırıq”.

ANS-n başqa adla qayıdışının mümkünlüyünə gəlincə, Vahid Mustafayev deyir ki, belə bir niyyətləri yoxdur: “ANS Azərbaycanın müstəqilliyindən 8 ay böyükdür. Biz sovetlərdə imperiyanın zəncirlərini qıran ilk televiziya olmuşuq. ANS-in şərəfli tarixi var. Ondan imtina etmək imkansızdır. ANS Azərbaycana lazımdır. Bunun zərurətini hamımız görürük”.

İstixeber.info

loading...