BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“8 aydır ki, ərdəyəm, ərim bircə dəfə mənimlə … eh, kaş o da olmayaydı…” – Gənc xanımın acı taleyi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mən sizə öz həyatmı danışmaq istəyirəm indi cıxılmaz vəziyyətdəyəm məsləhətinizə cox ehtiyacım var.
20 yasım var, 8 aydır evliyəm.

Əvvəllər qarşıma yaxsı birisi hec vaxt cıxmadı sevim, evlənim deyə. Mən də qərar verdim ailəm kimi məsləhət görsə onunla ailə quraram. Belə də oldu, ailəmin məsləhət ilə ailə qurdum, oğlan məndən 10 yaş böyükdür.

Yaş heç problem deyil deyə düşündüm, əvvəlcə dedim ki, qoy oğlanla danışım, onu tanıyım sonra ərə getməyə razılıq verim. Amma imkan vermediler hec gözmü açmağa. Hər şey bir göz qırpımında oldu, üzük-toy, bir də gördüm ki, evliyəm.
Özüm özümü aldada-aldada bu vaxta gəlib çıxmışam. Yoldaşım mənimlə heç maraqlanmır, heç sevmir. Mən o qədər ona tərəf addım atmışham ki, amma xeyri yoxdu, quyuya su tökməklə sulu olmaz, siz də məni bağışlayın, ən böyük problem isə odur ki (valideynlərə görə amma mənim üçün elə də problem deyil) biz bu 8 ayda cəmi bir dəfə qadın-kişi münasibətində olmuşuq, bu mənim üçün önəmli deyildi. Dedim ki, hər nədirsə xəstəlik düzələr gözləyirəm. Çünki bilmək olmaz sabah mənim başıma nə gələr, bu bir qırağa oğlan məni arvadı kimi saymır hələ bu vaxta qədər bir sığal çəkməyib, bir xoş söz deməyib, bir dəfə əlimdən tutmayıb, heç gözəl günümüz olmayıb.
Ailəm bilir her şeyi, səbr et deməkdən başqa hecnə bilmirlər, ancaq səbr et, səbr et, səbrim heç qalmayıb, əsəblərim təmiz pozulub. Hələ bir gecə yadıma gəlmir ki, mən o gecə ağlamayım və yatım rahat, arada çıxıb getmişdim anamgilə. Amma oğlan heç zəng də vurmadı, heç demədi nəyə getmisən, sonra anam təkid elədi, qayıtdım yenə ərimin yanına, qısacası bir-birinə yad olan iki insan kimi yaşhayırıq, deyirlər guya əlaqə yoxdu ona görə. Amma men bu fikrin tam əksinəyəm, o insanla cinsi əlaqə olsa da, həmin insan olacaq, özümü əşya kimi hiss edirəm. Mən nə edim bilmirəm. Mənə bir məsləhət verin…/ailehekimiklinikiası

İstixeber.info

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26